Azərbaycan Haqqında

Avropa və Asiya arasında körpü

Azərbaycan Xəzər dənizi ilə Qafqaz arasında yerləşir. Dövlətimiz Ön Asiyada yerləşməklə şimalda Rusiya (Dağıstan), şimal-qərbdə Gürcüstan, cənubda İran, qərbdə Ermənistan və Naxçıvan Muxtar Respublikası vasitəsi ilə isə Türkiyə ilə həmsərhəddir.

Ümumi sahəsi 86.600 km2 təşkil edir. Azərbaycanın cənubunda Kiçik Qafqaz dağları yerləşir. Xəzər dənizindəki Pirallahı və Cilov adaları da dövlətin ərazisinə aiddir. Abşeron yarımadasında çoxlu neft mədənləri yerləşir. Azərbaycanən ərazisinin 50%-ni əkinə yararlı torpaq, 11,5%-ni meşə, 1,6%-ni isə su təşkil edir.

Azərbaycanın 9.000.000 (2010 yanvar) əhalisi var. Əhalinin 52%-i şəhərlərdə yaşayır. Əhalinin illik artımı 0,89% təşkil edir. Əhalinin 95%-i azərbaycanlılardan ibarətdir. Qalan 5% hissəni isə talışlar, ruslar, ukraynalılar, kürdlər, avarlar, tatarlar, türklər, ermənilər, gürcülər, ləzgilər, almanlar (19-cu əsrin əvvəllərində Azərbaycana immiqrasiya etmiş almanların nəsli) və s.

28 may metrosu və Dəmir Yolu Vağazalının qarşısı
28 may metrosu və Dəmir Yolu Vağazalının qarşısı

Azərbaycanın paytaxtı Bakı Xəzər dənizində mühüm liman şəhəridir. Bakıdan sonra digər böyük şəhərlər Gəncə, Sumqayıt və Mingəçevirdir.

İslam dünyasında ilk parlament demokratiyası 28 may 1918-ci ildə Azərbaycanda yaranmışdır. Azərbaycan Demokratik Respublikası, təəssüf ki, cəmi 23 ay yaşaya bildi. 70 il Sovet Rusiyası əsarətindən sonra 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olundu.

Rəsmi dövlət dili Azərbaycan dilidir. İranda yaşayan azərbaycanlılar da daxil olmaqla Azərbaycan dili təqribən 30 milyon azərbaycanlının ana dilidir. Qüvvədə olan şrift türk-latın şriftidir ki, rəsmi yazışma üçün bu zəruridir.

Şəki şəhərinin girişində yerləşən Şəki Qapıları
Şəki şəhərinin girişində yerləşən Şəki Qapıları

Əsas din islam dinidir (əhalinin 93%-i). Azərbaycan şiə təriqətli islamın üstün olduğu ölkələr sırasına daxildir. Müsəlman azərbaycanlıların 85%-i şiə, 15%-i isə sünni təriqətinə mənsubdur. Din dövlətdən ayrıdır.

İqtisadiyyat sürətlə inkişaf edir. Ölkəmiz bazar iqtisadiyyatına doğru yolda böyük irəliləyişlər əldə edir. Makro-iqtisadi vəziyyət düzgün vergi və pul siyasəti nəticəsində əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Müstəqilliyin əldə edilməsindən sonrakı dövr ərzində Azərbaycanda investisiyaya meylli bir iqlim yaradılmışdır. Xarici birbaşa investisiyalar Azərbaycan hökuməti tərəfindən müsbət qarşılanır. Xarici investisiyaların əsas hissəsi neft və qaz sənayesi sahəsindəki layihələrə düşür. Ölkənin ən mühüm sənaye sahəsi neft sənayesidir. Neftin ixracı üçün BTC-neft kəməri (Bakı-Tbilisi-Ceyhan neft kəməri) tikilib 2005-ci ilin yayında istifadəyə verilmişdir.

Konstitusiya Məhkəməsi (solda ) və Icəri Şəhər Qapılarının mənzərəsi (mərkəzdə)
Konstitusiya Məhkəməsi (solda ) və Icəri Şəhər Qapılarının mənzərəsi (mərkəzdə)

Azərbaycan bir palatalı parlamentli prezident respublikasıdır. Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul olunmuşdur. Azərbaycan Parlamenti Milli Məclis adlanır və majoritar üsulla 5 il müddətinə seçilən 125 deputatdan ibarətdir. Dövlətin başçısı gizli, ümumi səsvermə ilə beş il müddətinə seçilən prezidentdir. Hakimiyyətdə olan partiya Yeni Azərbaycan partiyasıdır. Dövlətin prezidenti İlham Əliyev Yeni Azərbaycan partiyasındandır. Azərbaycan Birləşmiş Millətlər, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, GUAM, Beynəlxalq Valyuta Fondu, NATO-Sülh naminə əməkdaşlıq, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlığı, İslam Konfransı Təşkilatı, Dünya Bankı və s. kimi bir çox beynəlxalq institusiyaların üzvüdür. Avropa İttifaqı ilə isə Azərbaycan Avropa Qonşuluq Siyasəti üzrə bağlıdır. Aİ və Azərbaycan arasındakı tərkibinə hər iki tərəfdən yüksək səviyyəli siyasətçilərin daxil olduğu Parlamentar Əməkdaşlıq Komissiyası Azərbaycanın Avropa İttifaqına qəbul olmasını mümkün hesab edir.

Ölkədə siyasi mühit sabitdir. Azərbaycan və Türkiyə, Rusiya, İran, ABŞ, Aİ arasında mövcud olan ahəngdar münasibətlər bu ölkələrlə olan təkcə siyasi deyil, həm də iqtisasdi münasibətləri də gücləndirmişdir. Bu, Azərbaycanın xarici siyasətdə əsas götürdüyü prioritetlərdən biridir; qonşu ölkələrlə hər iki tərəf üçün faydalı olan yaxşı qonşuluq münasibətləri yaratmaq. Azərbaycan Respublikasının xarici siyasətində digər mühüm bir prioritet ölkənin ərazi bütövlüyünün bərpa edilməsidir. Çox ümid edirik ki, bu, Ermənistanla mövcud Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlarla sülh yolu ilə həll olunması nəticəsində mümkün olacaq.

Dağlıq Qarabağda yerləşən Şusa Qalası
Dağlıq Qarabağda yerləşən Şusa Qalası

Hal-hazırda həllini tapmamış bu vəziyyət Ermənistanın 1988-ci il əraziiddialarının nəticəsidir. Bu prosesə Ermənistan hələ keçmiş SSRİ dövründə başlamışdır. Qısa müddətdə Ermənistanda yaşayan bütün azərbaycanlılar ölkədən çıxarıldıldı. Bununla yanaşı, Ermənistan Azərbaycanın ümumi ərazisinin 20%-ni işğal etdi. İşğal nəticəsində 50.000 azərbaycanlı Dağlıq Qarabağ ərazisindən, 700.000 nəfər azərbaycanlı isə ətraf 7 rayonlardan qovuldu (didərgin salındı). 1994-cü ilin sonundan başlayaraq hər iki ölkə arasında atəşkəs rejimi mövcuddur. Azərbaycan və Ermənistan arasında danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilir.

Biz çox ümidvarıq ki, suverenliyimizi və ərazi bütövlüyümüzü mümkün qədər tez bir zamanda bərpa edəcəyik. Təbii ki, bu, regionda təhlükəsizlik və stabilliyin möhkəmləndirilməsinə bir töhfə olacaq.