Xəbərlər

Beynəlxalq Parlament Təqaüdü Proqramının təqaüdçüsü olmuş Samir Həsənovu Yeni uğuru münasibəti ilə təbrik edirik!

Beynəlxalq Parlament Təqaüdü Proqramının təqaüdçüsü olmuş Samir Həsənovu Yeni uğuru münasibəti ilə təbrik edirik!

Samir Həsənov
Samir Həsənov

Bəzi regionlardan fərqli olaraq, almandilli ədəbiyyyatda Cənubi Qafqaz barədə kitabların sayı təəssüf ki azdır. Məhz bu səbəbdən gənclərimizin Azərbaycan haqqında məqalələr, elmi işlər yazması, müxtəlif sahələrdə araşdırmalar aparıb və bununla da ölkəmizin təbliğatını gücləndirməsi çox vacibdir.

Qürurverici haldır ki, son illərdə Almaniyanın ali təhsil olacaqlarında oxuyan, elmi araşdırmalarla məşğul olan tələbə və elmi işçilərimizin sayı artmaqdadır. Belə gənclərimizdən birinin uğurunu sizinlə paylaşmaq istərdik.

Bir neçə ay bundan əvvəl Beynəlxalq Parlament Tədaüdü (BPT) proqramının məzunu, Samir Həsənov Köln Universitetində doktorantura pilləsinə ucalıb. Samir, 2014-cü ildə Almaniya Parlamentində beş ay təcrübə keçdikdən sonra Köln Universitetinin İqtisadiyyat və Sosiologiya Fakultəsində təhsilini davam etdirib. Konrad-Adenauer təqaüdünün dəstəyi ilə həyata keçirilən və üç ilə yaxın davam edən bu araşdırmanın əsas məqsədi almandilli oxucuların Cənubi Qafqaz regionuna, ən başlıcası isə Azərbaycana marağını artırmaqdır.

Bu yaxınlarda işıq üzü görəcək bu kitab Rusiyanın Cənubi Qafqazda yürürtdüyü güc siyasətinə həsr edilib. Bundan əlavə, müəllif Sovet İttifaqı dağıldıqdan sonra ölkəmizin üzləşdiyi problemlər, xüsusən separatçı Dağlıq Qarabağ müharibəsi, xalqımızın heç vaxt unuda bilməyəcəyi Xocalı faciəsini ətraflı şərh edib. Samirin ərsəyə gətirdiyi bu elmi iş Azərbaycan gənclərinin elmi təbliğat sahəsində gördüyü ən böyük işlərdən biridir.

Samir Həsənovu Azərbaycan Beynəlxalq Parlament təqaüdçüləri Birliyi adından təbrik edir, ona gələcək işlərində uğurlar arzu edirik!

Oxşar məqalələr