Əsas məzmun

www.ips-az.org Azərbaycan İnternet Mükafatı ilə qiymətləndirildi

2010-cu ildə Milli Net – Milli İnternet Mükafatı artıq ikinci dəfə “Azərbaycanın ən yaxşı və yaradıcı internet səhifələri hansılardır” sualına cavab axtarmışdır. Bu mühüm suala cavabın tapılmasına iki aydan çox zaman sərf olunub. Və nəhayət 4 dekabr 2010-cu il tarixdə Milli Net – Milli İnternet Mükafatının təqdimolunma mərasimində ilin ən yaxşı internet saytlarının adları açıqlanmışdır. Müsabiqə 1 oktyabr 2010-cu ildə başlamışdır. Ümumilikdə müsabiqəyə 437 internet səhifə təqdim olunmuşdur ki, bunun 309-u müvafiq şərtlərə uyğun olduğundan müsabiqədə iştiraka qəbul edilmişdir. 13 mütəxəssisdən ibarət münsiflər heyəti müsabiqənin tələblərini əsas götürməklə ilk mərhələdə…

Davamı
Əsas məzmun

İPS 2008

„Ölkəmizin bu dəyərli proqramda ilk dəfə məhz bizimlə təmsil olunduğunu vurğulamaq bizə qürur verir.“ Almaniya parlamentarizminin simasında Avropa demokratiyasının gündəlik həyatına olan böyük marağımızla 2008-ci ilin mart ayında Berlinə gəlib, iki həftəlik giriş tədbirlərindən sonra Alman Bundestaqında hər birimiz müxtəlif deputat bürolarında İPS təcrübəsi keçməyə başladıq. Cəmi iki qız və üç oğlan idik ki, bizi də bu proqramda iştirak etmək istəyən onlarla digər Azərbaycanlı namizədlərin sırasından seçmişdilər. Həyəcanla bizi orada nələr gözləyir deyə fikirləşirdik: biz bu proqramdan nə əldə edəcəyik, ona nə kimi töhvələr verəcəyik və ən nəhayət öz sələflərimizlə…

Davamı
Əsas məzmun

İPS 2009

„Öyrənə bildiyin qədər öyrən.“ 2008-ci ildən başlayaraq Azərbaycan “İPS-ölkələri” sırasına daxildir. 2009-cu il siyasətlə maraqlanan və ictimai fəal olan gənc azərbaycanlıların Beynəlxalq Parlament Təqaüdü proqramında iştirak üçün sənəd verə bildiyi ikinci il idi. Beləcə 2009-cu il İPS-də 5 azərbaycanlı iştirak etdi. 5 ay davam edən İPS proqramı Alman Bundestaqında (parlament) deputatın ofisində təcrübədən, siyasi fondların təşkil etdiyi maraqlı və rəngarəng seminarlardan, 3 Berlin universitetindən birində mühazirə və/və ya seminarlarda iştirakdan və müxtəlif tədbirlərdən ibarət idi. Deputatın yanında təcrübə zamanı tapşırıqlar mətbuat üçün məqalələrin hazırlanmasından, müxtəlif cavab məktublarının ilkin tərtibindən, araşdırmalardan,…

Davamı
Əsas məzmun

Layihələr

İPS Azərbaycan Məzunlar Birliyi öz təşəbbüsü ilə Azərbaycandan olan təqaüd iddiaçılarının sayını artırmaq məqsədi ilə plakat hazırlamışdır. Plakat Almaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə çap edilmiş və bir sıra Azərbaycan universitetlərinə göndərilmişdir. Bu kiçik layihə vasitəsi ilə Azərbaycan gənclərində dəyərli Beynəlxalq Parlament Təqaüdü proqramına daha dərin maraq oyatmağa ümid edirik. Əldə etdiyimiz nəaliyyətlər özünü 2010 -cu il iyul ayının sonu göstərəcəkdir.

Davamı