Haqqımızda

İdeya
2009 IPS-çilərin "Sülh simvolu", ideya və Foto İPS 2009 Bosniya və Herseqovinadan Emina Borçaka məxsusdur
2009 IPS-çilərin “Sülh simvolu”, ideya və Foto İPS 2009 Bosniya və Herseqovinadan Emina Borçaka məxsusdur

Alumni şəbəkələri ilkin olaraq keçmiş Universitet tələbələrinin əlaqə vasitəsi idi. Hal-hazirda isə dünyada olan bir çox müəssisələr Alumni şəbəkələrini dəstəkləyirlər. Hazirda bu anlam daha çox həyatlarının müəyyən bir hissəsini bir müəssisədə, institusiyada, məktəbdə və ya Universitetdə keçirmiş və öz təhsilinin daha bir pilləsinə çatmış insanlara aid edilir.

Biz də, Azərbaycan Alumniləri olaraq bir qədər öncə yeni, yüksək ixtisaslı, siyasətlə maraqlanan gəncləri bu proqram haqqında məlumatlandırmaq və proqrama cəlb etmək, əvvəlki təqaüdçülər arasında əlaqəni bərpa etmək və saxlamaq məqsədi ilə belə bir şəbəkənin yaradılmasını qərara aldıq.

“İPS-Azərbaycan” Alumni birliyi 12 aprel 2010-cu il tarixində 2008-ci il BPT məzunu Vuqar Qafarov, 2009-cu il BPT məzunları Nuranə Əliyeva, Şamo Mikayilov və Həbib Məmmədli tərəfindən yaradılmış və ən gənc Alumni təşkilatlarındandır.

Məqsədlər

Birgə keçmiş birləşdirir. İPS Azərbaycan Birliyi bir-birindən uzaq məsafələrdə olan təqaüdçülər arasında əlaqənin bərpası və saxlanılmasına kömək edir. Biz peşə həyatına keçid, iş həyatına başlamaqla bağlı məlumatlandırır və bununla da Karyeranın inkişafını dəstəkləyirik.

Birliyin əsas məqsədlərindən biri praktikadan sonra təqaüdçülər arasında, eləcə də digər ölkələrdən olan təqaüdçülərlə əlaqələrin saxlanılmasıdır.

Biz kimik?

İdarə Heyətinin Üzvləri
Həbib Məmmədli

12 iyul 1983-cü ildə Azərbaycan Naxçivan MR-da doğulub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş və 2002-2006 illərdə “Gənclər Terror Əleyhinə Biliyinin” sədri olmuşdur. 2009-cu ildə IPS proqramı üzrə Bundestaqda xanim Ulla Burxardın (SPD) bürosunda təcrübə keçmişdir. Almaniyanın Hamburq Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra 2015-2017 ci illərdə Berlinin Ali Əyalət Məhkəməsində hüquq hazırlıq xidməti keçmişdir. Hal-hazırda vəkil kimi Berlində fəaliyyət göstərir və Məmmədli Vəkil Kontorunun sahibidir.

Birliyin həmtəsisçisi və sədridir.

Şamo Mikayılov

Şamo Mikayılov

9 Yanvar 1986-cı ildə Azərbaycanın Mingəçevir şəhərində doğulmuşdur. 2004-cü ildə Dövlət İqtisad Universitetinin „İnformatika və Menecment“ faküləsini bitirmişdir. 2009-cu ildə İPS proqramı çərçivəsində Alman Bundestaqında deputat və Bundestaqın vitseprezidenti xanım Petra Paunun (Solçular) ofisində təcrübə keçmişdir. Almaniyanın Potsdam Universitetinin Iqtisadi Informatika fakültəsini bitirdikdan sonra 2015-2018 ci illərdə Drezdendə SAP Developer işləmişdir. Hal-hazırda Berlində SAP Software Mütəxəssis kimi calışır.

Birliyin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür.

Vüqar Qafarov

Vüqar Qafarov

20 iyun 1985-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2001-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər, 2006-2007-ci illərdə DAAD təqaüdü ilə Hamburq Universitetində Master of European Studies ixtisası üzrə təhsil almışdır. 2008-ci ildə IPS proqramı uzrə Bundestaqda Yohannes Kars (SPD) adlı deputatın bürosunda təcrübə keçmişdir. 2009-2012-ci illərdə Fridrix Ebert Fondunun təqaüdü ilə Hamburq Universitetinin Siyasi Elmlər Institutunda doktorantura təhsili almış, 2017-ci ildə dissertasiya işini müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2012-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyir. Evlidir, bir qızı var.

IPS Azərbaycan birliyinin həmtəsisçisi və idarə heyətinin üzvüdür.

 

Təşkilatın üzvləri