Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü
Berlin Freier Universiteti,Berlin Humbolt Universiteti və Berlin Texniki Universitetinin əməkdaşlığı ilə

„20 ildən artıqdır ki, ABŞ və bir cox Avropa ölkələrindən olan yüzlərlə gənc bu təqaüd vasitəsi ilə Bundestaqda alman parlamentarizminin üstünlükləri və qarşısında duran çətin vəzifələr ilə tanış olurlar“
Dr. Norbert Lammert
Alman Bundestaqının Prezidenti və Beynəlxalq Parlament
Təqaüdü proqramının əvvəlki himayəçisi
İdeya
Alman Bundestaqı hər il orta, şərqi və cənub şərqi Avropadan, şimali Afrikadan eləcə də Fransa, ABŞ və Kanadadan siyasətlə maraqlanan, ali təhsilini bitirmiş gənclərə Beynəlxalq Parlament Təqaüdü (BPT) ayırır. BPT öz vətənlərində demokratik dəyərlər üçün çalışmaq istəyən gənc istedadlar üçün nəzərdə tutulmuşdur. Alman Bundestaqı bu gənclərə bir Alman Bundestaqının üzvünün yanında keçirilən 15 həftəlik fəaliyyət müddətində alman parlament sistemi və siyasi qərar qəbul etmə prosesi ilə yaxından tanış olmağa, bundan başqa parlamentdə iş prosesində praktiki təcrübə toplamağa imkan verir. Proqramın məqsədi Almaniyanın iştirakçı ölkələr ilə münasibətlərini inkişaf etdirmək və möhkəmləndirməkdir.
Proqram

Proqram hər il mart ayının 1-dən iyul ayının 31-nə kimi davam edir. BPT-in əsas hissəsi Alman Bundestaqının üzvünün yanında keçirilən 15 həftəlik fəaliyyətdir. Təqaüdçülər bu müddətdə Bundestaq üzvünün Bürosunun işində aktiv iştirak edirlər. Onlar deputatla yanaşı komissiya, fraksiya və digər orqanların iclaslarında iştirak edir və bununla Parlamentin daxili işləmə mexanizmlərinə, qarşılıqlı əlaqə və fəaliyyət gedişinə dair biliklər əldə edirlər. Bununla yanaşı, təqaüdçülər proqram müddətində müntəzəm olaraq Bundestaq və siyasi fondların təşkil etdiyi informasiya proqramları və seminarlarda iştirak edirlər. Bunlardan başqa təqaüdçülər yay semestrində 3 Berlin universitetində, Humbolt Universiteti, Berlin Texniki və Azad Universitetlərində mühazirələri dinləmək hüququnu da əldə edirlər.
Təqaüd
Təqaüdə aylıq 500 Avro, pulsuz mənzillə təminat, eləcə də xəstəlik, qəza, və mal məsuliyyəti sığortası daxildir.
Seçim

BPT ölkənin demokratik gələcəyinin birlikdə təşkilində aktiv və məsuliyyətlə iştirak etmək istəyən yüksək ixtisaslı, siyasətlə maraqlanan gənclər üçün açıqdır.
Təqaüdçülər Almaniya Bundestaqından olan müstəqil seçki komissiyası tərəfindən ixtisas, sosial, dil bilikləri və mədəniyyətlərarası etibarlılıq əsasında seçilirlər.
Sənədlərin qəbulu şərtləri:
- İştirakçı ölkənin vətəndaşı olmalı
- universitet təhsilini bitirməli
- yüksək səviyyəli alman dili biliyinə malik olmalı
- təqaüd proqramı başlayan dövrdə 30 (otuz) yaşından gənc olmalı
İddiaçılar müraciət prosesi və təqdim olunmalı olan sənədlərlə bağlı ətraflı məlumatı iştirakçı ölkədə olan Alman Səfirliyindən və aşağıdakı internet səhifələrindən əldə edə bilərlər:
www.bundestag.de/ips |
www.baku.diplo.de |
Ölkələr
44 ölkədə gənclər təqaüd proqramına sənəd verə bilərlər:
Misir, Albaniya, Əlcəzair, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, İraq, İsrail, İordaniya, Kanada, Qazaxıstan, Kosovo, Xorvatiya, Latviya, Livan, Litva, Liviya, Mərakeş Moldova, Monqolustan, Monteneqro, Şimali Makedoniya, Fələstin Bölgələri, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Suriya, Çexiya, Türkiyə, Tunis, Ukrayna, Macarıstan, ABŞ, Özbəkistan və Kipr.
Şəbəkə

Proqramın başladığı 1986-cı ildən 2000-dən çox gənc proqrama cəlb edilmişdir. Bu təqaüdçülərdən bir çoxu öz ölkələrində siyasətdə, iqtisadiyatda, jurnalistikada, adminstrativ fəaliyyətdə, elm və cəmiyyətdə məsuliyyətli vəzifələr tuturlar. Onlardan bəziləri müəssisələrə və ya qeyri-hökumət təşkilatlarına rəhbərlik edir, Parlament və hökumət strukturlarında, eləcə də beynəlxalq təşkilatlarda çalışırlar. Bəziləri öz ölkələrində Nazir vəzifəsinə belə qaxa bilmişlər. Təqaüdçülər praktikadan sonra belə bir-biri ilə əlaqəni saxlayılar. Bir çox BPT-ölkələrində onlar Alumni biliklərində birləşmişlər.
Parlamentar Əlaqələndirilmə
Hal-hazırda Alman Bundestaqının üzvü və prezidenti Volfqanq Şoyble proqramın himayəçisidir.