Xəbərlər

IPS Kollokvium 2010

IPS Kollokvium 2010 tədbirində iştirak edən IPS məzun Birliklərinin bəzi nümayəndələri
IPS Kollokvium 2010 tədbirində iştirak edən IPS məzun Birliklərinin bəzi nümayəndələri

Təkcə İPS Alumni Klubları ilə Bundestaq arasında əlaqələrin deyil, həm də həmin Klublar arasında əlaqələrin yaradılması və saxlanılması vacib məsələlərdəndir. Bununla əlaqədar olaraq Alman Bundestaqı hər il İPS məzunlarının Klubları ilə Berlində Kollokvium təşkil edir. Kollokvium informasiya və təcrübə mübadiləsi üçün Forum təklif edir.
Bu ilki Kollokvium 2-4 İyulda keçirildi. Bu həftə digərlərindən fərqlənirdi. Ona görə yox ki, təsadüf olaraq Berlin gözəl isti yay günlərini yaşayırdı, ona görə ki 2 gün, yəni 30 iyunda Bundestaqda federal yığıncaq vasitəsi ilə növbədənkənar Prezident seçkiləri baş tutmuşdu va bir də ona görə ki, Almaniya və Argentina Futbol oyunu Dünya çempionatı həyacanını birə beş artırmışdı.

„İPS Azərbaycan“ı Kollokviumda Birliyin sədri Həbib Məmmədli təmsil edirdi. Proqramda nəzərdə tutulduğu kimi İPS məzun təşkilatlarının sədrləri ilə bu ilki təqaüdçülərin nümayəndələrinin ilk gürüşü cümə günü Berlində axşam yeməyində baş tutdu. Artıq salamlama çıxışından sonra istirakçılar vaxtın cox hissəsini çoxtərəfli söhbətə, əsasən də təcrübə mübadiləsinə həsr etdilər. Bununla da ilk görüş missiyasını həyata keçirmiş oldu.

Tədbirin ikinci günü WI 4 referatının rəhbəri AnqelikaPendçih-fon Vinterin tədbir iştirakçılarını salamlaması ilə öz axarını aldı. Vinter ölkə sərhədlərini aşan Birlik şəbəkələrindən söhbət açdı və bildirdi ki, məzun işinə yüksək maraq göstərən Təşkilatlar Bundestaq tərəfindən dəstəklənəcəkdir.

Yakub Çupiak, Polşa məzunlarının nümayəndəsi
Yakub Çupiak, Polşa məzunlarının nümayəndəsi

Növbəti olaraq 3 Alumni məzun Birliklərinin nümayəndələri – Zagorka Kalentiç-Markoviç (Serbiya), Kiril Kornienko (Rusiya) və Yakub Çupiak (Polşa) bütün digər məzun Klubların adından çıxış edərək özlərini və təmsil etdikləri Birlikləri təqdim edərək müxtəlif problemlər və Layihələr haqqında məlumat verdilər. Xüsusən də Polşadan olan Yakub Çupiakın çıxışı iştirakçılarda maraq doğurdu. Polşa məzun Birliyi İPS Azərbaycan Birliyi kimi bu il yenicə „doğulmuşdur“. Məzunlar arasında anlaşmamazlıq yeni Birliyin yaradılmasına gətirib çıxarmışdır. Təşkilat hələ ki yaradılma mərhələsindədir.

Görüşün xüsusi anlarından biri Doyçe Vellenin Berlin Əsas Studiyasının rəhbəri Aleksander Kudaşevin “Siyasət və Mediya Berlinin paytaxt səhnəsində”mövzusunda etdiyi çıxış idi ki, bu da hər kəsdən öncə iştirak edən bəzi jurnalistlər üçün onları maraqlandıran sualları vermək üçün gözəl imkan yaradırdı. Maraqlı suallardan biri Rusiyadan olan Stipendiatdan gəldi, “Nəyə görə qəzetlərdə hər kəs eyni fikir yazır, baxmayaraq ki, fikir azadlığı mövcuddur?”. İlk olaraq Vinter cavab verdi. Vinter bir çox almanlar kimi evdə bir qəzeti işdə isə digərini oxuyur. Ona görə onun fikrincə ciddi fərqləri müşahidə etmək mümkündür.

Günün ikinci hissəsində Təqaüdçülər və İPS məzun Biliklərinin nümayəndələri ölkələr üzrə bölündülər. Hər qrup əvvəlcədən müəyyən olunmuş suallarla məşğul olmalı və sonda qrupun fikrini çatdırmalı idi. Azərbaycan, Macarıstan və Ukraynadan olan Təqaüdçülər və eləcə də məzunlar aşağıdaki sullar haqqında düşünməli idilər:

  • Hansı aspektlər Alman Parlamentarizmini xarakterizə edir və nümunə kimi digər ölkələrdə demokratik strukturların qurulması və möhkəmləndirilməsinə xidmət edə bilər?
  • Agar öz ölkənizdə Parlament prezidenti (spikeri) olsaydınız nəyə nail olmaq istərdiniz?

Birinci sual ilə bağlı Azərbaycan və Macarıstan təmsilçiləri bununla razı idilər ki, Almaniyada olduğu kimi güclü nəzarətə malik güclü Parlament Azərbaycan və Macarıstanda siyasi inkişafa ciddi təsir edə bilər. İkinci sualla bağlı yalnız bəziləri Parlament prezidentinin yerinə olmaq düşüncəsini həzm edə bildilər və belə təklif olundu ki, Parlamentdə azlıqda olan deputatlara imkan verilməlidir ki, onların təklifləri Plenuma çixarılsın və beləliklə Parlament gündəliyinə təsir imkanı verilmiş olsun. Bu təklif də çoxları tərəfindən razılıqla qarşılandı. Nəticə olaraq Qrup işi barəsində məruzəçilər tərəfindən məlumat verildi.

Bu tədbir vasitəsi ilə Məzunlar təkcə həmin ölkədən olan təqaüdçülərlə deyil, eləcə də digər ölkələrdən olan çoxsaylı təqaüdçülərlə tanış oldular.

Aleksander Kudaşev, Doyçe Vellenin Berlin Əsas Studiyasının rəhbəri, tədbirin rəhbərliyi ilə birlikdə
Aleksander Kudaşev, Doyçe Vellenin Berlin Əsas Studiyasının rəhbəri, tədbirin rəhbərliyi ilə birlikdə

Kollokviumun sonuncu günü yeni yaradılmış təşkilatların nümayəndə və sədrləri üçün daha önəm daşıyırdı. Ona görə ki, hər kəs təmsil etdiyi təşkilat, eləcə də həyata keçirilən Proyektlər, təşkilatın mövcud Problemləri və hazırkı vəziyyət barəsində məlumat verməli idilər. İlk xoş xəbər Moldaviyadan olan Nümayəndədən gəldi ki, onun dediyinə görə Moldaviyadan olan təqaüd məzunları Parlament Prezidenti ilə sıx kontakdadır və təşkilat Parlament tərəfindən dəstəklənir. Adı çəkilən problemlər içində təşkilatların qeydiyyatı və digər məzunlarla əlaqənin bərpasi da var idi.

Ukraynadan olan nümayəndənin “Keçmiş sosialist Bloku ölkələri 20 il sonra” mövzusunda məruzəsindən sonra qeyd olundu ki Qafqaz ölkələri barəsində demək olar ki heç bir məlumat verilmədiyi üçün Həbib Məmmədliyə təklif olundu ki Qafqaz ölkələri barəsində məlumat versin. O, hər üç ölkənin siyasi və iqtisadi inkişafı haqqında məlumat verdi.

Tədbirin sonunda Referent İPS 2011-də nəzərdə tutulmuş dəyişikliklər və eləcə də Bundestaqın həyata keçirdiyi məzunlarla iş haqqında məlumat verdi. 2011-ci ildən etibarən maliyyə səbəblərindən indiyə qədər siyasi fondlara təşkil olunan altı səfərin yerinə 2 səfər təşkil olunacaq. Bununla əlaqədar təklif olundu ki təqaüdçülərə seçim imkanı verilsin. Bunlardan başqa müzakirə olunan əsas məsələlərdən biri də 2011-ci ilə nəzərdə tutulan İPS-in 25 illik Yubileyi idi.

İPS şəbəkəsinin yaradılması və saxlanılması üçün bu kimi tədbirlərin rolu boyukdür. Bütünlükdə Kollokvium hər bir iştirakçı üçün, xüsusi ilə də yeni yaradılmış təşkilatların nümayəndələri üçün əhəmiyyətli bir təcrübə idi.

Oxşar məqalələr