Rusiyada IPS məzunlarının regional konfransı

03.-06. oktyabr tarixlərində Sankt Peterburqda regional konfrans keçirldi. Tədbirin mövzusu Rusiyada, keçmiş sovet ölkələrində və eləcə də şərqi və mərkəzi Avropa ölkələrində ətraf mühit problemləri idi. Mövzunun əsas istiqaməti isə “Ətraf mühit problemlərini öz ölkələrimizdə necə həll edə bilerik? Məişət həyatında və tullantıların atılmasında davamlılıq” idi.
Tədbirdə müxtəlif ölkələrdən 19 İPS məzunu və Rusiyadan 22 İPS məzunu iştirak etdi.
Təəssüf ki, mən ikinci gündən tədbirə qatıla bildim. Birinci gün proqrama əsasən Sankt Peterburq Parlamentinə baş çəkildi və sonda Boris L. Wischnewski (Yabloko fraksiyasının sədri) ilə görüş keçirildi.

Növbəti günü Höte-Mərkəzində keçirtdik. İntitutun rəhbəri Dr. Günther Hasenkamp iştirakçıları salamladı və iştirakçılar özlərini təqdim elədilər. Günün birinci mövzusu “Ətraf mühit probləmlərinin həllində vətəndaş cəmiyyətinin rolu” oldu. İctimai fəal Katerina Şivrika („Musora net“) mövzu ilə bağlı təqdimat elədi və ardınca içtirakçılar qısa təqdimatlar (1,5 dəq) ilə çıxış elədilər. İkinci mövzu isə “Məişət həyatında və tullantıların atılmasında davamlılıq”: Tədbirlərin təşkilində davamlılıq.” oldu. Elena Çekmeneva bu barədə təqdimat etdi və sonda iştirakçıların qısa təqdimatları ilə tədbir davam etdi.
Daha sonra Sankt Peterburqdakı Almaniya Baş Konsulluğuna baş çəkdik və orada WorldCade formatında İPS məzunlarının fəaliyyətini müzakirə etdik.
Sonuncu gün “ Bərpa olunan enerji mənbələri: Bu sahədə mövcud potensial, çətinliklər, enerjiyə qənaət və ekoloji məsələlər” mövsunu müzakirə etdik. Təqdimat „Baltikin dostları” qeyri-hökümət təşkilatının direktoru Olqa Senova tərəfindən edildi. Ardınca bir qrup fəalın tullantıların ayrılması məqsədi ilə təşkil etdiyi aksiyaya baş çəkdik. Təşkilatın ümumilikdə 300-ə qədər könüllüsü var. Aksiyada plastik tullantılar növlərinə görə ayrılır və müvafiq orqanlara təhvil verilir. Aksiya ayda 1 dəfə keçirilir.
Günün sonunda açılan körpülərə baxmaq üçün gəmi gəzintisi təşkil olundu.
Ümumilkdə tədbir çox yaxşı təşkil olunmuşdu.