Təqaüdçilər Almaniyanın elçiləridirlər!

Hər il olduğu kimi bu il də Beynəlxalq Parlament Təqaüdü məzunları Berlində iyunun 30-dan iyulun 2-na kimi Berlində görüşürdülər. Bu il üstəlik BPS özünün 25 illik müvcudluğunu qeyd edirdi. Proqram 1986-cı ildə Bundestaq Praktika Proqramı kimi yaradılmişdı. Bununla dayaradıldığı ildən 1989-cu ilə qədər ancaq Birləşmiş Ştatlardan olan gənclərə təqaüd almaq imkanı verilmişdi vəsonrakı illərdə isə Proqramın qapiları orta, şərqi və cənub-çərqi avropadan olan maraqlananlar üçün də açılmışdı.
BPS-in yubileyinin açılış mərasimi 30 iyunda Alman Bundestaqının deputatı Volfqanq Börnsenin proqram məzunlarının salamlaması və Alman Bundestaqının Prezidentinin Prof. Dr. Norbert Lammert eləcə də Berlin Frayer Universitetinin prezidenti Prof. Dr. Peter-Andre Altın onları qəbulu ila başladı. Məzunların və təqaüdçülərin üzlərindəki sevincin həddi hüdudu yox idi. Bu heç də əsassız deyil. Bu proqram onların və eləcə də 28 ölkədən olan cəmi 1750 məzunun həyatında albatta ki mühüm rol oynayib və onların siyasi görüşlərinə böyük təsir göstıribdir.BPS onlara Alman parlament sistemini daha yaxindan taniş olmağa imkan vermiş, 5 ay ərzində bölgüyə əsasən müəyyən olunmuş millət vəkilinin bürosunda birlikdə çalışmaq üçün şərait yaradılmışdı. Bunun sayəsində onlar bir hüquq dövlətində parlamentin necə işləməsinin şahidi oldular.
Hal-hazırda məzunlardan bəziləri özəl sektorda, amma çoxları isə qeyri hökumət təşkilatlarənda və dövlət orqanlarında fəaliyyət göstərirlər. Məzunlar arasında nazir və ölkə səfirlərinə də rast gəlmək mümküdür. Yubiley mərasimində xanım Kornelija Utevska-Gligorovska, keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın fövqəladə və səlahiyyətli Səfiri də iştirak edirdi. Xanım Utevska-Gligorovska da bu Proqramın məzunlarındandır.
Günün ikinci hissəsi təqaüdçülərin gecəsi ilə davam edirdi. Qonaqların tədbirin keçirildiyi Paul-Löbe-Hausa buraxilişından sonra təqaüdçülərin hazırladıqları gözəl bir ritmik musiqinin müşayəti altında qrup rəqsi şənlik əhval-ruhiyyəsini yaratdı. Sonra proqramın əvvəlində hər ölkədən bir nəfər olmaqla 5 qrupa bölünmüş qrupların üzvləri özlərinin aktyorluq qabiliyyətlərini səhnədə göstərmək imkanı əldə etdilər. Bir qrup qara humorla, digəri “BPS heyvanı”, başqası isə “BPS-toyuq” ilə tapşırığın öhdəsindən ustaliqla gəldilər.

Tamaşadan sonra ayrı-ayrı ölkələrdən olan təqaydçülər öz ölkələrini təqdim etdilər. Təqaüdçülərdən bir neçə qrup bunu ölkənin milli yeməkləri və içkiləri ilə, ancaq başqaları isə maraqlananların növbəti istirahətməntəqəsi olmalı olan ölkələrinin turistik məlumatları ilə edirdilər. Qonaqlar üçün suvenirlər hazırirlamış proqramda iştirak edən ölkə təmsilcilərinə də rast gəlmək olurdu. Əlbəttə ki bütün təqaüdçüləri milli fəxr birləşdirirdi.
Səfir və millət vəkilləri eləcə də digər qonaqlar bütün axşamı müsbət emosiyalarla keçirdilər. Millət vəkili xanım Dr. Kristel Happax-Kazan (Liberal Demokrat Partiyası Fraksiyası) Plenumda Beynəlxalq Parlament Təqaüdünə həsr olunmuş debatdaki çıxışında “Biz heyrətamiz təqaüd gecəsi yaşadıq” deyərək əlvə etdi “belə təqaüdçü gecələri bizim önümüzə tutulan bir güzgüdür ki, əsasən Avropadan olan gənclər bizim ölkəmizi necə görürlər”.
BPS yubiley tədbirləri cümə günü, 1 iyulda Beynəlxalq Parlament Təqaüdünün 25 illiyinə həsr olunmuş Debatla davam etdi. Alman Bundestaqının daxili məsələləri üzrə Ağsaqqallar Şurasının tərkibindəki Beynəlxalq Mübadilə Proqramları üzrə məruzəçilər qrupunun məruzəçisi Volfqanq Börnsen “BPS-in məqsədi parlamentar kontaktlarının dərinləşdirilməsi və demokratik strukturların stabilləşdirilməsidir” qeyd etdi. Bundan başqa o ərəb ölkələrindəki vəziyyətə toxunaraq “BPS-in qapilarını bu ölkələr üçün də” açılmasını təklif etdi. Millət vəkilləri Dr. Kristel Happax-Kazan, Viola von Cramon-Taubadel (Yaşıllar fraksiyası) və Aleksander Ulrixdən (Solçular fraksiyası) proqramın şimali Afrika ölkələrinə tətbiqinə dəstək gəldi, Dr. Kristel Happax-Kazan əlavə olaraq Monqolustana tətbiqini təklif etdi. Məzunların bu debatı Plenub tribunasından izləyə bilmələri onların hər birinə praktika vaxtlarını xatırlamaga daha bir əsas verirdi.
Debatın sonunda Volfqanq Börnsen (Xristian Demokrat və Xristian Sosialist pariyaları fraksiyaları), Bartholomoys Kalb (Xristian Demokrat və Xristian Sosialist pariyaları fraksiyaları), Daqmar Fraytaq (Sosial DemokiratPartiyası Fraksiyası) və digər millət vəkillərinin təklif etdikləri “25 il Beynəlxalq parlament təqaüdü” qərar layihəsi yekdilliklə qəbul olundu. Qərarda bu proqramın ayaqda durmasına çalişan və dəstəkləyən hər kəsə minnətdarliq bildirilir və BPS proqramının davam etdilməsi məqsədi ifadə edilir.
Yubileyin mühüm tədbirlərindən biri “26 il BPS: Təcrübələr-Təsirlər-Təsəvvürlər” Konfransı idi. Tədbirə Alman Akdemik Mübadilə Xidmətinin (DAAD) vitseprezidenti və Bonndakı Rayn Fridrix Vilhelm Universitetinin eks Rektoru Prof. Dr. Maks Huber, Berlin Humboldt-Universitetinineks Prezidenti Prof. Dr. Dr. h.c. Hans Mayer, Viadrina Avropa-Universitetinin honorar professoru vəAvropa Biliyində Almaniyadan olan eks Komissar Prof. Günter Ferhoyqen və digər qonaqlar dəvər olunmuşdular.
Öncə Prof. Dr. Maks Huber Bundestaqa öz minnətdarlığını bildirdi və İPS-in uzunmüddətli problemlarin həllində rolundan danişdı və qeyd etdi ki, “Təqaüdçilər Almaniyanın elçiləridirlər!”. Növbəti olaraq Prof. Dr. Dr. Hans Mayer söz alaraq fəxrlə sonralar elmi rəhbəri olmuş bir bulqar İPS-təqaüdçüsü haqqında danışdı: “Mən onun dissertasiyasını summa cum laude (red. alman sistemində ən yüksək qiymətə uyğun gəlir) qiymətləndirdim”.Bundan sonra o, Beynəlxalq Parlament Stipendiyasını Bundestaqın digər əsas fəaliyyət sferaları ilə müqayisə edərək “BPS Bundestaqın əsas fəaliyyətindən davamlıdır” dedi.
Tədbir Alumni nümayəndələrinin şəxsi təcrübələri haqqında məlumatla davam etdirildi.
Konfransın sonunda cənab Börnsenin hamıya bir xoş xəbəri var idi. Ayrı-ayrı ölkələrdən olan bir neçə stipendiat Məzunlar birliyi – Beynəlxalq Parlamentarismus Cəmiyyətiyaratmışlar. Bu BPS-nun 25 illik yubileyina hədiyyə olmalı idi. Baxmayaraq ki, bəzi məzunlar Birliyin yaradılması ilə bağlı buraxılmış səhvlərə görə təşkilatın idarə heyəti ilə razı olmasalar da, bu təşkilat,təqaüdcülərin daimi danışıq mövzusu olan və çoxdan səbirsizliklə gözlənilən İPS iştirakçı ölkələr arasında şəbəkənin yaradılması ideyasının həyata keçirilməsinə ilkin addımdır. Ümid edirəm ki, hamımız birlikdə calışıb yeni yaradılmış şəbəkəni inkişaf etdirəcəyik. Birlik haqqinda qizğın debatdan sonra bu ilki təqaüdçülərin hazırladıqları qətnamə elan edildi.
2 iyulda bu ilki görüş də İPS Kollokviumu ilə başa çatdı. Kollokviumun əsas məqsədi məzunlar eləcə də onların Birlikləri arasında fikir mübadiləsinin təşkil edilməsidir. Bu hər il Bundestaq tərəfindən həyata keçirilir.
İlkin olaraq Kollokviumda Bundestaqın Administrasiyasından Mark Bomhof proqramda nəzərdə tutulan və həyata keçirilmiş aktual dəyişikliklər haqqindaməruzə etdi. Bu il Büdcə xərclərinin ixtisarı ilə əlaqədar olaraq siyası fondlara səyahət Berlində təşkil olunmuş seminarlartlaəvəz edilmişdir. Dəyişikliklə bu il müvəffəqiyyət əldə edilmişdir. Cənab Bomhofun qeyd etdi ki, bu təcrübə gələn il də davam etdiriləcəkdir. Bundan başqa Berlinin Mitte rayonunda Bundestaq tərəfindən təqaüdçülər üçün tutulmuş mənzillər şəhərin Lixterfelde rayonunda tutulmuş digər mənzillərlə əvəz olunmuşdur.

Yeni yaradılmış Məzunlar birliyi – Beynəlxalq Parlamentarismus cəmiyyəti haqqinda qisa debatdan sonra Kollokvium BPS Alman Bundestaqında Təcrübə Keçmiş Azərbaycanlı Məzunlar Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Nurana Əliyevanın “İPS Məzunlarının fəaliyyəti” mövzusunda çıxışı ilə davam etdi.
Xanım Əliyeva ilkin olaraq çıxışı üçün hazırliqda hansı mənbələrdən istifadə etdiyinə toxundu və nəzərə çatdırdı ki, ancaq bəzi məzun birliklərinin internet səhifələri vaxtaşırı aktuallaşdırılır, bəzi internet səhifələr ümumiyyətlə işləmir və ya alman versiyaları yoxdur. Əgər biz sərhədləri aşan şəbəkə yaratmaq istəyiriksə bir-birimiz haqqında məlumatlı olmalıyıq. Bunun üçün ən əsas şərtlərdən biri də odur ki,ən azı aktual xəbərlər alman dilinə tərcümə olunsun.
Növbəti olaraq Xanım Əliyeva ayrı-ayrı milli məzun Birlikləri və məzun qrupları, onların fəaliyyətləri haqqında dolğun məlumat verməyə çalışdı.
Hər il Bundestaq tərəfindən təşkil olunan görüş məzunlara şaquliəlaqələrin yaradılmasına imkan verir. Əlavə olaraq təcrübə mübadiləsi də mühüm məqsədlərdəndir. Bundestaq administrasiyası bunun üçün öz üzərinə duşəni Kollokviumla yerinə yetirdi. İndi sıra bizdədir. Bizim özümüz dəsərhədləri aşan İPS-şəbəkəsinin inkişafı üçün nəsə edə bilərik. Ümid edirəm ki gələn görüşdə daha artiq nailiyyətlərdən danışacağıq!
Təbriklər BPS!
Təşəkkürlər Almaniya!